KOVROLIN
HAQQINDA
YANLIŞ
FİKİRLƏR
1. Kovrolin toz mənbəyidir
- Xeyr. Əksinə kovrolin filter yolunu oynayaraq evinizdəki havanı tozdan təmizləyərək daha sağlam şərait yaradır.
2. Kovrolin ləkə hopdurur.
- Bu yalnız keyfiyyətsiz kovrolinə xassdır. Keyfiyyətli kovrolinlərdə istifadə olunan iplər qoruyucu qata malikdir və ləkə hopdurmur. Çox hallarda sadə tozsoran işin öhdəsindən gəlir. Yağlı və çətin gedən ləkələrin öhdəsindən isə hır yerdə mpvcüd olan sadə xalça təmizləyici vasitə bəs edər.
3. Kovrolin qurt yuvasıdır.
- Kovrolinlərdə istifadə olunan PP, PA, PES ipləri hamısı sintetik olduğundan heç bir canlı üçün yuva ola bilməz və bu cür xırda canlıların yaşayış mühitinə uyğun deyil. sözügedən cücü nadir hallarda 100% təbii yun xalçalarda ola bilər.
4. Kovrolin təmizlənməsi əziyyət verir
- Həftədə 1 dəfə, gediş-gəliş çox olan yerlərdə və ya ayaqqabı ilə gəzilən yerlərdə həftədə 2 dəfə tozsoranla getmək kifayətdir.
5. Kovrolin allergiyaya səbəb olur.
- Bu yanlış fikirdir. Əksinə kovrolin sintetik tərkibli olduğu halda heç bir allergiya problemi ola bilməz. Habelə, astması olan şəxslərə ən məsləhət görülən döşəmə məhz kovrolindir.
6. Avropa kovrolini digərlərindən fərqlənmir.
- Avropa və Amerika istehsalı kovrolinlər daha keyfiyyətli sap materialı ilə seçilir. Bu kovrolinlər kifə, ləkəyə, və xoşagəlməz qoxulara tam davamlıdır, və dəfələrlə uzun müddət ərzində sizə xidmət edəcək.