KOVROLİNƏ NECƏ QULLUQ ETMƏLİ
İstənilən yer örtüyü kimi, kovrolinin də xüsusi qulluğa ehtiyyacı var. Bu səhifədə sizinlə kovrolin üçün qulluq üsulları barədə məlaumat veriləcək.
Tozsoranla qulluq
Kovrolinin yerləşdiyi otaqdan, və sakinlərin istifadə tərzindən asılı olaraq kovrolin müəyyən vaxtdan bir tozsoranla təmizlənməlidir. İngilisdilli mənbələrdə axtarış etdikdə kovrolinin azı həftədə 2 dəfə təmizlənməli olduğunu öyrənə bilərsiniz. Lakin bu məlumat Azərbaycan əhalisinə uyğun deyildir. Məsələ ondadır ki, bir çox qərb millətlərindən fərqli olaraq Azərbaycanda evin içində çöld\ geyilən ayaaqabı ilə gəzmək qəbuledilməzdir. İstər qonaq istərsə də ev sakini qapının ağzında və ya dəhlizdə ayaqqabılarını çıxarıb sonra evə keçir. Bu həm kovrolinin ömrünü artırır, həm də tozsoran istifadəsinə olan ehtiyyacı azaldır. Bu səbəbdən istifadədən asılı olaraq dəhlizdəki kovrolin həftədə 1-2 dəfə, digər otaqlarda sərilmiş kovrolin isə həftədə 1 dəfə tozsoranla təmizlənməlidir. Az get-gəl olan otaqlarda, məsələn yataq otağında 2-3 həftədən bir tozsoran təmizlənməsi də kifayətdir. Kovrolinin tozsoranla vaxtından gec təmizlənməsi kovrolinin keyfiyyəti və ömrünə təsir etməsə də, evin və havanın təmizliyinə təsir edəcək. Kovrolinin quru tozsoranlanması təmizliyin təminatı üçün tam kifayətdir.
Ləkələrin təmizlənməsi
Avropa və Amerika istehsalı kovrolinlərin əsas üstünlüyü ləkələrə qarşı qoruyucu qatın olmasıdır. Bu o demək deyil ki, avropa kovrolinlərinə ləkə düşmür. Lakin Türkiyə, Özbəkistan və Çin istehsalı kovrolinlərdən fərqli olaraq avropa kovrolinlərinə ləkə hopmur və asanlıqla təmizlənə bilir.
Bir çox ləkələr, misal üçün ayran və ya azşirləri su çox tez təmizlənir. Maye dağılmış yerin üstünə az nəmli təmiz ağ əski qoyub ləkənin jopmasındı gözləyirsiz. Bir neçə dəfə bu prosesi etdikdən sonra ləkə qaldığı halda ləkəni nəç yumşaq fırça ilə təmizləyib tozsoranla üstündən gedirsiniz.
Yağlı ləkələr, qan, çaxır və bu kimi digər ləkələri aradan qaldırmaq üçün istənilən marketdə tapa biləcəyiniz xalça təmizləyici vasitə alıb üzərindəki təlimatlara uyğun hərəkət etməyiniz tövsiyyə olunur.